Bazar ertəsi , 25 Yanvar 2021
Home » Siyasət » Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İndoneziyanın xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar.

Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.

Check Also

Tanınmış tədqiqatçı Adıgözəl Məmmədov onun araşdırma materiallarının oğurlandığını iddia edir…

Adıgözəl Məmmədov: “…ən çox plagiatlığa məruz qalan müəlliflərdənəm” Bütün hallarda, plagiatlıq halları, başqasının min bir zəhmətlə …