Çərşənbə , 16 İyun 2021
Home » İNFRASTRUKTUR » Azərbaycan və İran beynəlxalq nəqliyyat-tranzit dəhlizlərini müzakirə edib

Azərbaycan və İran beynəlxalq nəqliyyat-tranzit dəhlizlərini müzakirə edib

Nəqliyyat, Nabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat sahəsindəki əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib, Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, bu istiqamətdə həyata keçirilən birgə layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyətin iki ölkənin, eyni zamanda regionun nəqliyyat potensialının artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Check Also

“Azərsu” Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azər­su” ASC futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş …