Çərşənbə axşamı , 21 Mart 2023

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Boyukmillet.com xəbər veirr ki, bu məsələ Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç arasında keçirilən görüşdə müzakirə edilib.

“Bu gün ölkəmizdə səfərdə olan Monteneqronun vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlıq məsələləri və əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik”, – deyə nazir əlavə edib.

Check Also

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib. Boyukmillet.com xəbər verir ki, bu …