Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Manşet » Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib

Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

https://youtube.com/watch?v=cLdsT1_5C_E%3Frel%3D0%26color%3Dwhite%26modestbranding%3D1%26hl%3Daz

Check Also

Prezident sabah xalqa müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də saat 10:00-da Anım Günü …