Çərşənbə , 16 İyun 2021
Home » İqtisadiyyat » Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub – FOTO

Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub – FOTO

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolları layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, Türkiyənin “Kalyon” şirkətinin direktoru Mehmet Kalyoncu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi ilə tanış edib.

Qeyd edək ki, bu gün nazirlərin azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu layihəsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa, eləcə də Füzuli beynəlxalq hava limanı layihələri ilə tanışlıq keçirilib.

Check Also

Azərbaycanın tədiyyə balansında 326 milyon dollarlıq qalıq yaranıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 325,9 milyon ABŞ dolları təşkil edib. …