Çərşənbə , 16 İyun 2021
Home » Cəmiyyət » Azərbaycan və Türkiyə Tbilisidə birgə sərgi təşkil edəcək

Azərbaycan və Türkiyə Tbilisidə birgə sərgi təşkil edəcək

Türkiyə və Azərbaycanın Gürcüstandakı səfirliklərinin birgə təşkilatçılığı ilə Tbilisidə sərginin keçirilməsi planlaşdırılır.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun sözlərinə görə, sərgi hər iki ölkənin mədəni irsinə həsr olunacaq: “Hazırda tədbirin təşkili ilə bağlı müzakirələr aparılır. Sərgini pandemiyadan sonra təşkil edəcəyimizə, Türkiyə və Azərbaycanın Gürcüstanda mədəni diplomatiyasının yeni vüsət alacağına inanıram”.

Səfir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanı bir araya gətirərək Qafqaz sərgisi də keçirmək mümkündür.

Check Also

Sabiq deputat Rafael Cəbrayılovun məhkəməsinin vaxtı məlum olub

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Boyukmillet.com …