Çərşənbə , 5 Oktyabr 2022
Home » Daxili siyasət » Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:

Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. Eyni zamanda rəsmi Yerevan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəmnində günahlandırırlar.

Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.

İmzaladılar:

  1. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri
  2. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin sədri
  3. Səidə Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliyinin sədri
  4. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
  5. Sahib Məmmədov – Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri
  6. İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar” ictimai birliyinin sədri
  7. Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
  8. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri
  9. Günel Səfərova – Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
  10. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri
  11. Əhməd Abbasbəyli – “Cəmiyyətin Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin sədri
  12. Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
  13. Nüşabə Məmmədova – “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” ictimai birliyinin sədri
  14. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” ictimai birliyinin sədri
  15. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti
  16. “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov
  17. Rəsul Cəfərov – “Bakı insan hüquqları klubu” ictimai birliyinin sədri
  18. Hafiz Həsənov – “Hüquq və İnkişaf” ictimai birliyinin sədri
  19. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
  20. Rəfail Becanov – “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri
  21. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri
  22. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
  23. Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
  24. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi ictimai birliyinin sədri
  25. Cəsarət Hüseynzadə – “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri
  26. Elçin Salmanov – “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri

Check Also

Prezident: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək”

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzur …