Cümə axşamı , 22 Yanvar 2026
Drone Cameras

Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Boyukmillet.com -un məlumatına görə, bu barədə Azərbaycan XİN-in “Twitter”dəki rəsmi səhifəsindəki paylaşımda qeyd olunub.

“İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, İraqın Di-Kar əyalətinin Ən-Nəsiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi məqsədilə matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Check Also

İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb

Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb. …