Çərşənbə , 22 Yanvar 2025
Drone Cameras

Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd …