Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Elm » Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub

Bu gün Azərbaycana payız fəsli daxil olub.

Boyukmillet.com xəbər verir ki, saat 05:03-də gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Bu gün gecə ilə gündüz bərabərləşir.

Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.

Xatırladaq ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Check Also

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və …