Cümə axşamı , 1 Dekabr 2022
Home » Cəmiyyət » Azərbaycanda 70 yaşlı şəxs baş həkim təyin olundu – Haqqında cinayət işi açılmışdı

Azərbaycanda 70 yaşlı şəxs baş həkim təyin olundu – Haqqında cinayət işi açılmışdı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Boyukmillet.com xəbər verir ki, 70 yaşlı Nağıyev Bəkir Hüseyn oğlu adıçəkilən posta gətirilib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, 70 yaşlı Bəkir Nağıyev uzun müddət Tərtər rayonunda Əlilliyin Təyinatı üzrə Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. Həkimlər Şurasının sədri olub.

Bildirilir ki, Bəkir Nəbiyevin buradakı fəaliyyəti bir müddət əvvəl Baş Prokurorluq tərəfindən araşdırılıb, onun rəhbərlik etdiyi “VİTEK”in fəaliyyətindəki nöqsanlarla bağlı cinayət işi də açılıb.

Bəkir Nəbiyevin oğlu Respublika Baş Prokurorluğunda Korrupsiya İdarəsinin şöbə prokurorudur.

Check Also

Miqrantlarla bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai …