Cümə axşamı , 21 Oktyabr 2021
Home » Maliyyə » Azərbaycanda bank hesabına dair Türkiyə-Rusiya təcrübəsi tətbiq oluna bilər

Azərbaycanda bank hesabına dair Türkiyə-Rusiya təcrübəsi tətbiq oluna bilər

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində bank hesablarının açılması, aparılması və bağlanması sahəsində mövcud vəziyyətin və bu sahədə təkmilləşmələrin aparılmasının müzakirəsi məqsədilə işçi qrup yaradılıb.

Məlumata görə, artıq işçi qrupun ilk iclası keçirilib.

İclasda ABA-nın prezidenti Zakir Nuriyev çıxış edib, qrupun fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı bu sahədə imkan və çatışmazlıqlar, eləcə də qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib. Müzakirələr zamanı xüsusilə Türkiyə və Rusiya təcrübəsi dinlənilib və görüş iştirakçıları qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi ilə əlaqədar fikir bildiriblər.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …