Cümə axşamı , 21 Noyabr 2019
Home » İqtisadiyyat » Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

boyukmillet.com-un məlumatına görə, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Check Also

“Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi” – RƏYLƏR

“Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi …