Bazar ertəsi , 16 Fevral 2026
Drone Cameras

Azərbaycanda daha 1 690 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

Son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.

Check Also

Fuad Qəhrəmanlı: Hesab elədim ki, ölkənin xaricində daha rahat mübarizə apara bilərəm

AXCP-nin aparıcı fiqurlarından Fuad Qəhrəmanlı Meydan TV-yə geniş müsahibə verib. O, ölkədən çıxmasının səbəblərindən, AXCP-yə …