Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Sağlamlıq » Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Check Also

Aşura günü kim qan verə bilər?

“18-65 yaşarası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilər”. Boyukmillet.com xəbər verir …