Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Gündəm » Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlanıb, 31 nəfər ölüb

Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlanıb, 31 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub.

Check Also

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı …