Bazar , 28 May 2023

Azərbaycanda geoloji kəşfiyyat gəmisinin kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ağır itki baş verib. 

Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO-nun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Xəzər Dəniz Neft Donanmasının balansında olan “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı Əbülfəz Əliyev vəfat edib.

O, 1960-cı il iyunun 12-də Astarada anadan olub. O, ömrünün 48 ilini dənizçilik sahəsinə həsr edib. 1972-ci ildə Xəzər Dəniz Neft Donanmasının “Çeleken-2” gəmisində I dərəcəli matros kimi işə başlayan Əbülfəz Əliyev pillə-pillə kapitan vəzifəsinə qədər yüksəlib. 1990-cı ildə “Atlet-5” gəmisinin sükanı arxasına keçən dənizçi son üç ildə “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı kimi çalışıb.

Allah rəhmət eləsin!

Check Also

Naxçıvanın Əliabad qəsəbəsində yanğın olub

Naxçıvan şəhəri Əliabad qəsəbəsində baş verən yanğın söndürülüb. Boyukmillet.com xəbər verir ki, nazirliyin “112” qaynar …