Bazar , 28 May 2023

Azərbaycanda həkimin rüşvət almasının görüntüləri yayıldı, işdən qovuldu – VİDEO

Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.

Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:

“Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.

Check Also

Dağüstü parkda atəşfəşanlıq

Bu gün axşam Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bakının Səbail rayonu, Dağüstü …