Şənbə , 3 İyun 2023

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 71,2 %-i əhali sektoruna aid olub.

Yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 20,7 % artıb, bu sahədə əldə edilmiş gəlirin 83,3 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Check Also

Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb. …