Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Cəmiyyət » Azərbaycanda jurnalistlərin peyvəndlənməsi üçün müraciət olundu

Azərbaycanda jurnalistlərin peyvəndlənməsi üçün müraciət olundu

Türkiyədə jurnalistlərin peyvəndləmə prosesi başlayıb.

Boyukmillet.com Azərbaycanda jurnalistlərin peyvənd olunması üçün Mətbuat Şurasının TƏBİB və ya Səhiyyə Nazirliyinə müraciət edib-etməyəcəyi ilə bağlı sorğu göndərib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, hazırda yaşı 40-dan çox olan vətəndaşların peyvəndlənməsi aparılır və bu sırada jurnalistlərdən də peyvənd olunanlar var:

“Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, jurnalistika riskli sahədir və burada çalışanların orta yaşı əsasən 20-40 arası olduğundan onların tez bir zamanda COVID-19 əleyhinə peyvəndlənməsi zəruridir. TƏBİB ilə əldə edilmiş razılıq da bu zərurətin ödənilməsi məqsədi daşıyır”.

Ə.Amaşov bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin peyvəndlənməsi keçiriləcək. Bununla bağlı kriteriyalar növbəti həftə açıqlanacaq.

O qeyd edib ki, ilkin razılığa əsasən, KİV-lərdə çalışan və yaşı 18-dən yuxarı olan jurnalistlər peyvənd oluna biləcəklər.

Check Also

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb

Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı …