Şənbə , 13 Avqust 2022
Home » Cəmiyyət » Azərbaycanda koronavirusa 2 361 yeni yoluxma qeydə alınıb, 24 nəfər ölüb

Azərbaycanda koronavirusa 2 361 yeni yoluxma qeydə alınıb, 24 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …