Cümə , 12 Avqust 2022
Home » Sağlamlıq » Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.

Check Also

Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Bu …