Çərşənbə axşamı , 21 Mart 2023

Azərbaycanda malların rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların sayı artırılıb

Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib.

Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.

Bu qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir.

Check Also

Vergiçilər Heydər Əliyevin xatirəsinə həsr edilmiş intellektual turnir keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? …