Çərşənbə , 5 Avqust 2020
Home » Dünya » Azərbaycanda Parlament buraxılır…

Azərbaycanda Parlament buraxılır…

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. Toplantı bir neçə dəqiqə əvvəl başa çatıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə Siyasi Şura Parlamentin buraxılması ilə bağlı müraciətin olunması qərarını qəbul edib və YAP-ı təmsil edən deputatlardan bu qərərarı dəstəkləmələri tələb edilib. Hakim partiyanın bu davranışı Parlamentin buraxılacağı və yeni seçkilərin keçiriləcəyinə şübhə yeri qoymur. Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Check Also

Medvedev Azərbaycan və erməni diasporlarına xəbərdarlıq edib

Rusiyanın sabiq Prezidenti və Baş Naziri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan və erməni …