Çərşənbə , 8 Dekabr 2021
Home » hadisə » Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Check Also

Şəmkir xəstəxanasının baş həkimi 8 nəfərə saxta əlillik dərəcəsi verib – RƏSMİ

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı …