Şənbə , 13 Avqust 2022
Home » Cəmiyyət » Azərbaycanda “süd pulu”nun artırılması təklif edilir

Azərbaycanda “süd pulu”nun artırılması təklif edilir

Ombudsman Aparatı Azərbaycanda uşağın anadan olmasına görə ailələrə ödənilən müavinətlərin məbləğinin artırılmasını təklif edir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd olunub ki, “Sosial müavinətlər haqqında” qanunla nəzərdə tutulan birdəfəlik müavinətlərin zəruri hallarda ödənildiyini nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləği artırılmalıdır.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hazırda ölkə qanunvericiliyinə görə “süd pulu” 200 manat təşkil edir.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …