Cümə axşamı , 1 Dekabr 2022
Home » hadisə » Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat edib

Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.

Check Also

Dağ yəhudilərinin Azərbaycana məhəbbətini tərənnüm edən filmin təqdimatı keçirilib

Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun “Peygəmbər Yereminin …