Cümə , 31 Mart 2023

Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı

Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.

Federasiyadan verilən məlumata görə, bu, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib. 

Bundan başqa, martın 7-8-də nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Check Also

İsveç – Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda …