Şənbə , 19 Sentyabr 2020
Home » Cəmiyyət » “Azərbaycanda yeni siyasi münasibətlər formalaşır”

“Azərbaycanda yeni siyasi münasibətlər formalaşır”

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bu fonda dövlət başçısının aparıcı müxalifət partiyalarından birinin sədrini təbrik etməsi olduqca təqdirəlayiq haldır. Söhbət Prezident İlham Əliyevin Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovu partiyanın qeydiyyatı münasibəti ilə təbrik etməsindən gedir. Mən bu barədə məlumatı partiyanın rəsmi Facebook səhifəsindən oxudum.

Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb. Bu hadisəni siyasi partiyaların qeydiyyatı sahəsində baş verən müsbət dəyişikliklər baxımından həqiqətən də önəmli siyasi gəlişmə hesab etmək olar. Partiyalarla dövlətin münasibətləri keyfiyyətcə yeni mərhələyə keçir.

Yeni siyasi konfiqurasiyanın formalaşması artıq öz müsbət nəticələrini verməkdədir. Yaxın aylarda ölkədə siyasi münasibətlərin tam sivil müstəviyə keçməsi istiqamətində önəmli proseslərin şahidi olacağıq.

Check Also

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ 18 SENTYABR – MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRDİ

Ağstafa Regional Mədəniyyət İdarəsi  karantin qaydalarına riayət etməklə 18 sentyabr – Milli Musiqi gününə həsr …