Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Azərbaycandakı xarici diplomat və hərbi attaşelərin Laçına səfəri başlayıb

Azərbaycanda akkreditə olunan 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşenin Laçına səfəri başlayıb.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, nümayəndə heyətini aparan təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Diplomatlar və hərbi attaşelər oradan Laçına yola düşüblər.

Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. O cümlədən Laçın şəhərinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçiriləcək. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.

Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.

Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.

Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat veriləcək.

Check Also

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald …