Bazar ertəsi , 6 Fevral 2023

Azərbaycandan xaricə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcək

Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcək.

Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə edilib.

Yeni maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və ya digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 206-1.1 və 206-1.2-ci maddələridə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Check Also

Aİ-nin kredit qrupu Azərbaycanın yerləşdiyi regiona 362 mln avro investisiya yatırıb

2022-ci ildə Avropa İttifaqının (Aİ) kredit qrupu Avropa İnvestisiya Bankı (EIB) və Avropa İnvestisiya Fondunun …