Cümə axşamı , 2 Fevral 2023

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kg, K44) və İmaməddin Xəlilov (70 kg, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.

Boyukmillet.com xəbər verir ki, idmançılar bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.

Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Check Also

Azərbaycan Yüksək Liqası: “Neftçi” MOİK-ə qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib. Boyukmillet.com xəbər verir ki, Voleybol …