Çərşənbə , 12 Fevral 2025
Drone Cameras

Azərbaycanın daha iki boks hakiminin beynəlxalq kateqoriyası artırılıb

Boks üzrə referilər Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçiblər. Azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

Boyukmillet.com xəbər verir ki, hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə imza atıb. Beynəlxalq Boks Assosiasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

A.Nağdıyevlə E.Quliyevdən əvvəl Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Check Also

Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən ayrılan, lakin əvvəlki ABŞ Lideri Cozef Bayden tərəfindən xərclənməyən …