Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib, ikisi isə bürünc medal qazanıb

Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.

Boyukmillet.com xəbər verir ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.

Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş boksçumuzun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.

Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Digər boksçularımızdan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurublar. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın ikinci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib. İsgəndərovun Torexan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

Check Also

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl …