Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.

Boyukmillet.com xəbər verir ki, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Bu gün səfərə yollanan yığmanın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Check Also

Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında …