Cümə axşamı , 3 Oktyabr 2024
Drone Cameras

Azərbaycanın müdafiə naziri Hulusi Akara minnətdarlıq edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Azərbaycanın Müdafiə Nazirliyindən  verilən məlumata görə, məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz.Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Check Also

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli …