Cümə , 20 İyun 2025
Drone Cameras

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

“Efes-2022′” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.

Check Also

Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran ərazisində olan Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib. Bu barədə “Report”un Cənub bürosu xəbər …