Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Fərdi » Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollanıb

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollanıb

Yeniyetmələrdən ibarət stolüstü tennis üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

Boyukmillet.com xəbər verir ki, komanda bu gün yarışın keçiriləcəyi şəhərə yola düşüb.

Turnirdə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə çıxış edəcək.

Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda E qrupunda Avstriya və Sloveniya seçmələri ilə üz-üzə gələcək. Qızlardan ibarət Azərbaycan millisi isə H qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə mübarizə aparacaq.

Tennisçilər komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da Avropa çempionatında ölkəni təmsil edəcəklər. Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.

Check Also

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan idmançılarından …