Şənbə , 25 Sentyabr 2021
Home » Futbol » Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

“Qarabağ”ın İsraildə”Aşdod”u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə “Neftçi” 0,500 xal, Konfrans Liqasında “Çukariçki” ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə “Sumqayıt” 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Check Also

Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Tondela”nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub. Boyukmillet.com-un məlumatına görə, …