Cümə axşamı , 2 Fevral 2023

Azərbaycanla sərhəd toqquşmaları ilə bağlı Ermənistanda ittiham olunanların sayı 16-ya çatıb

Ötən ilin sentyabr ayında Azərbaycanla sərhəddə baş vermiş hadisələrlə əlaqədar olaraq Ermənistanda ittiham olunanların sayı 16-ya çatıb.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin nəzarət şöbəsinin rəisi Perç Ayvazyan bildirib.

Qeyd olunub ki, onlardan 6-sı həbs edilib.

Bundan əvvəl İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bəyan etmişdi ki, 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı cinayət işi üzrə 11 erməni əsgəri istintaqa cəlb olunub.

“Bu cinayət işlərindən 6-sı artıq yekunlaşıb və ittiham aktı ilə məhkəməyə göndərilib, qalanları üzrə ibtidai istintaq davam edir”, – P.Ayvazyan bildirib.

Onun sözlərinə görə, ittihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, bundan yayınmaq üçün xidmət yerinə vaxtında gəlməmək, hərbi xidmət qaydalarının pozulması ilə bağlıdır.

Hadisələrlə bağlı olaraq 1 500-dən çox şahid dindirilib.

Check Also

Hulusi Akar: “Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”

“Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə …