Bazar , 1 Dekabr 2024
Drone Cameras

Azərbaycanlı alim Macarıstan universitetinin elmi jurnalının redaktoru olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Suqra Hümbətova Macarıstanın Obuda Universitetinin dövrü olaraq çap etdirdiyi Scopus bazasında indeksləşən Q1 kateqoriyalı “Acta Polytechnica Hungarica” beynəlxalq elmi jurnalının 2024-cü il 21 saylı nömrəsinin 12-ci nəşrinin “Special Issue on Management Studies” xüsusi buraxılışında redaktorlar siyahısında yer alıb.

Tədqiqatçı alimin iqtisadiyyat sahəsində 100 elmi məqaləsinə, o cümlədən WoS və Scopus bazalarında indeksləşən 39 tədqiqat işinə dünyanın müxtəlif tədqiqatçıları və alimləri tərəfindən 564 istinad olunub.

Qeyd edək ki, Suqra Hümbətova Azərbaycan Dövlət İqtisad Universtetinin (UNEC) “İqtisadiyyat” kafedrasının müdiridiridir. İqtisadçı alim 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaradılması prosesində fəallıq göstərib. O, həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasına üzvlük üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların elmi-metodiki bazasının yaradılmasında yaxından iştirak edib. Suqra Hümbətova bu ilin mart ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Check Also

Səhv analiz yoxlaması ilə hamilə qadının QİÇS-ə yoluxdurulduğu bildirilir

İddiaya görə, şöbə müdiri analizi tam yoxlamamış sertifikat verib Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində …