Cümə axşamı , 1 Dekabr 2022
Home » Xarici siyasət » Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb

Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb

Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Qismət Gözəlovun fəaliyyət müddəti başa çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O bildirib ki, Q.Gözəlovla görüşüb və TDT-yə, türk dünyasına verdiyi töhfəyə görə azərbaycanlı diplomata təşəkkür edib.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Təşkilatın mərkəzi ofisi İstanbulda yerləşir.

Check Also

Ərdoğan: “Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”

“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti …