Cümə , 22 Noyabr 2019
Home » Dünya » Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Ərzurum və Qars vilayətlərində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə Qarsdakı diplomatik nümayəndəliyimizin inzibati binasında Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təntənəli mərasim təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, mərasimdə azərbaycanlı müəllim və tələbələrlə yanaşı, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himnlərimiz səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev üçrəngli bayrağımızın tarixindən danışıb. Diplomat bildirib ki, üçrəngli dövlət bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında bərpa olunub və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında “üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev dövlət bayrağımızla bağlı tarixi qərarlar qəbul edib.

Baş konsul, həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyamız 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub.

Tədbir Qars vilayətinin müxtəlif ərazilərində davam etdirilib. Azərbaycan və Türkiyə bayraqları tələbələr tərəfindən küçə və meydanlarda, tarixi yerlərdə dalğalandırılıb. Tələbələr Vətən, torpaq, dövlət, o cümlədən Qarabağ sevgisini tərənnüm etdirən şüarlar səsləndiriblər.

Mərasim bədii hissə ilə davam etdirilib.

Sabir Şahtaxtı

Check Also

“Yeni Yasamal”da avtobus dayanacağını zəbt edən kimdir? – FOTO

Paytaxtın “Yeni Yasamal” ərazisində yaşayan bir qrup vətəndaş “Azinforum”a müraciət edərək , həmin məhəllədəki “Bizim …