Çərşənbə , 1 Fevral 2023

“Azərkosmos”: “Ölkədə daimi buzlaqlar hər il azalır”

Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında daimi buzlaqların ərazisi hər il azalmaqdadır.

Boyukmillet.com xəbər verir ki, bunu “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının başa çatması münasibəti ilə keçirilən tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) məsafədən zondlama üzrə aparıcı mütəxəssisi İsmət Baxışov bildirib.

“Ölkənin dağlıq ərazilərində qarla örtülən yerlərin də azalması müşahidə edilir. 2017-ci ildə qarla örtülən ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə bu istiqamətdə azalma müşahidə edilib. Növbəti illərdə artım olsa da, 2022-ci ildən yenidən dağlıq ərazilərdə qarlı sahələrin azalması müşahidə edilir”, – o qeyd edib.

Check Also

Azərbaycanda ictimai nəqliyyatda diferensial tariflər tətbiq olunacaq

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin …