Çərşənbə , 29 İyul 2020
Home » İqtisadiyyat » “Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. 

 Bu barədə “Azərsu ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcək. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcək.

Eyni zamanda abonentlər təqdim etdiyimiz “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/…) istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış eleltron bildiriş-faktura əldə edə bilərlər.
Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşıdırlmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaqdır.
Yaranacaq suallarla bağlı vətəndaşlar 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.

Check Also

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, iyulun 10-da qızılın qiyməti iyulun 9-u …