Cümə axşamı , 2 Fevral 2023

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.

Təmir işləri çərçivəsində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində müvafiq işlər yekunlaşdırılıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində bu istiqamətdə təmir işləri icra olunur.

Məlumata görə, “İnşaat Norma və Qaydaları”na əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılan təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Check Also

Xəzər dənizinin gəmilər vasitəsi ilə çirklənməsinin qarşısı alınacaq

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin gəmilər vasitəsi ilə çirkləndirilməsinin qarşısını almaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, …