Şənbə , 31 İyul 2021
Home » İNFRASTRUKTUR » AZAL-da qadın pilotlar işə başladı – VİDEO

AZAL-da qadın pilotlar işə başladı – VİDEO

“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) ilk qadın pilotlar işə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı videorolikdə bildirilir.

“Bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsini göstərdik. Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər. Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır”, – deyə məlumatda qeyd edilib.

Check Also

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm nəqliyyat sektoruna aid, həm də yaşayış məntəqələrinə aid …