Cümə , 25 Sentyabr 2020
Home » Cəmiyyət » Azay Quliyev məhəllə görüşlərinə başladı: “Ölkədə ilk olaraq seçicilərimiz üçün e-kabinet xidməti yaratmışıq” – FOTOLAR

Azay Quliyev məhəllə görüşlərinə başladı: “Ölkədə ilk olaraq seçicilərimiz üçün e-kabinet xidməti yaratmışıq” – FOTOLAR

“İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyev bu gündən məhələllərdə seçicilərlə görüşlərə başlayıb.

İlk belə görüş Süleyman Sani Axundov küçəsi, 4 a ünvanında ətraf çoxmərtəbəli binaların sakinləri ilə keçirilib.
Görüşdə çıxış edən seçicilər ötən dövrdə onların müraciətlərini dinləyərək həlli ilə bağlı köməklik etdiyinə görə Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Azay Quliyev bildirib ki, ötən 4 il ərzində ona müraciət edən hər bir seçicisinin müraciətini diqqətlə araşdıraraq qaldırılan məsələləri həll etməyə çalışıb. Bundan sonra da seçicilərin problemlərinin həlli üçün var gücü ilə çalışacağını deyən Azay Quliyev Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidməti yaratdığını vurğulayıb. Azay Quliyev e-kabinet xidmətinin seçicilər üçün unikal imkan olduğunu bildirib.

Görüşdə seçicilərin müraciətlərini dinləyən Azay Quliyev seçicilərdən birinin dəvəti ilə onun evinə gedərək problemlə yerindəcə tanış olub və onun həlli üçün müvafiq addımlar atacağını bildirib.

Check Also

“Prezidentin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” – Azay Quliyev

Azay Quliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, MM-in deputatı Sentyabrın 24-də BMT Baş Assambleyasının …