Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Cəmiyyət » Azay Quliyev təbii inhisar subyektlərində İctimai şuraları yaratmağı təklif etdi

Azay Quliyev təbii inhisar subyektlərində İctimai şuraları yaratmağı təklif etdi

Bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində  İctimai şuralar yaradılsın.

“İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada  yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin  ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik

Check Also

Qaradağda Sabir Rüstəmxanlıyla görüş keçirildi – VİDEO+FOTO

Bu gün Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.Boyukmillet.com xəbər verir ki, …