Şənbə , 15 Noyabr 2025
Drone Cameras

AzTV-dən 26 milyon manatlıq nöqsana REAKSİYA

Artıq bir neçə ildir ki, QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əmək haqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə AzTV-dən bildirilib.

“Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Artıq proses başlayıb və QSC-də tam olaraq əmək haqqı sisteminə keçid edilir”, – açıqlamada qeyd olunub.

Vurğulanıb ki, gələn ildən məsələ tam şəkildə həllini tapacaq.

Qeyd edək ki, audit nəticəsində AzTV QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə yol verildiyi müəyyən edilib. Söhbət ümumilikdə, 26,0 mln. manatdan, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manatdan gedir.

Check Also

Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir

Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb. “Report”un əldə etdiyi xəbərə görə, Dəniz …